
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb.
Sportnet.az-ın məlumatına görə, dövlət himni səsləndirilərkən, yığma üzvləri birağızdan sözlərini ifa etməyə başlayıblar. Onlara mükafatlandırma mərasimində iştirak etmiş Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov da qoşulub.
Qeyd edək ki, tərkibi müxtəlif millətlərin nümayəndələrindən ibarət Azərbaycan yığması finalda Türkiyəni yenib - 3:0.