"Bakı-2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında 3 metrlik tramplindən suya tullanma üzrə final yarışları tamamlanıb.
Sportnet.az-ın məlumatına görə, 5 cəhdin yekununda Azərbaycan təmsilçisi Olqa Bıkovskaya 223,10 xal toplayaq qızıl medala layiq görülüb. Gümüş medalı türkiyəli Keskin Yaprak Seli (177,40), bürünc medalı indoneziyalı idmançı Della Harimurti (168.75) qazanıb.
Türkiyəli daha bir suya tullanan Sinem Sağlam 165,10 xalla dördüncü yeri tutaraq medalsız qalıb.