
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi cüdo millisi qızıl medal qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan millisi birinci yer uğrunda görüşdə meydan sahibi Türkiyəyə 3:2 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, bu gün Azərbaycanın qadın cüdoçulardan ibarət millisi bürünc medal qazanıb.