
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha bir karateçisi medal qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Tural Ağalarzadə (67 kq) bürünc medala yiyələnib.
Xatırladaq ki, daha əvvəl Mədinə Sadıqova (55 kq) və Roman Heydərov (kata) bürünc medala sahib çıxıb.
---------------------------
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, karateçi Mədinə Sadıqova bürünc medala sahib çıxıb.
Sadıqova 55 kq çəki dərəcəsində fərqlənib.