"Oyunlarda çox güclü karateçilər mübarizə aparırdı. Demək olar ki, Olimpiya çempionları və Olimpiya mükafatçılarının hamısı orada idi".
Bunu Sportnet.az-a açıqlamasında kişi karateçilərdən ibarət Azərbaycanın baş məşqçisi Qurban Tağıyev deyib.
O, bildirib ki, Pənah Abdullayevin (84 kq) finalda iordaniyalı Məhəmməd Əl Cəfəriyə, Asiman Qurbanlının (+84 kq) isə Səudiyyə Ərəbistanının uduzmasında hakimlərin rəqib idmançılara simpatiya göstərməsi ilə əlaqələndirib: "Finallarda bizim idmançılara qarşı hakim haqsızlığı oldu. Ərəb hakimlər çox olduğundan, ərəb ölkələrinin idmançılarına dəstək verirdilər".
Qeyd edək ki, Azərbaycan karateçiləri İslamiadada 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb və bu nəticə ilə ümumi hesabda 5-ci yeri tutub.