Botsvana hökuməti 2024-cü ildə Fransanın paytaxtı Parisdə baş tutan Olimpiya Oyunlarında uğurla çıxış edən idmançıları mükafatlandırmaq üçün fond yaratdığını elan edib.
Sportnet.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Hökumət maraqlı olan şəxslər üçün pul köçürmələri edə biləcəyi hesab nömrəsini dərc edib. Bu fikir Botsvana vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb. Ölkədə işsizlik səviyyəsi çox yüksəkdir (25%), İnsan İnkişafı İndeksinə (HDI) görə Bostvana dünyada 188 ölkə arasında 100-cü yerdədir.
Paris Olimpiadasında atlet Letsil Teboqo 200 metr məsafəyə qaçışda Botsvanaya tarixdə ilk qızıl medalı qazandırmışdı. 4×100 m estafet yarışında isə Botsvananın kişi komandası gümüş medal əldə etmişdi.