
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, milli komanda bu dəfə Avstraliya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 21:12 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ABŞ-a qalib gələrək tarixi uğura imza atmış Azərbaycan yığması daha əvvəl Fransa, İspaniya və Almaniyaya məğlub olub.