Azərbaycan cüdoçusu Uşanqi Kokauri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/8 finala yüksəlib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.