İsveçrənin Baş Prokurorluğu DÇ-2018 və DÇ-2022-nin təşkilatçı ölkə seçimləri zamanı qanunsuzluğa yol verilməsi faktı ilə əlaqədar açılan cinayət işinin ilkin istintaqını yekunlaşdırıb. Sportnet.az-ın "As" nəşrinə istinadən məlumatına görə, prokurorluq istintaq çərçivəsində FİFA İcraiyyə Komitəsinin bəzi üzvlərinə ifadə vermək üçün çağırış göndərib.
Onların arasında türkiyəli Şenes Erzik də var. Erzikdən əlavə, İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar, FİFA İcraiyyə Komitəsi sədrinin müavini İssa Hayatu, DÇ-2018-in Təşkilat Komitəsinin sədri Vitali Mutko, eləcə də Mişel De Huq, Marios Lefkaritis və Hani Abo Rida da istintaqa çağırılıb.
Qeyd edək ki, qarşıdakı 2 dünya çempionatının Rusiya və Qətərdə keçirilməsinə dair qərar 2010-cu ilin dekabrında FİFA İcraiyyə Komitəsinin 10 üzvü arasındakı səsvermə nəticəsində verilib.