İranın "Traktorsazi" klubu məşqçilər heyəti ilə müqaviləni yeniləyib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Toni Oliveyra və köməkçiləri Cənubi Azərbaycan təmsilçisi ilə daha bir illik anlaşmaya imza atıblar.
Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında Təbriz komandası ötən mövsüm İran çempionatını gümüş medalla başa vurub. "Traktorsazi" Asiya Çempionlar Liqasına vəsiqə qazanıb. Komandanın yeni transferləri arasında son iki mövsümü "Neftçi"də keçirmiş Karlos Kardozo da var.
Qeyd edək ki, tam adı Antonio Joze Konseysao Oliveyra olan 69 yaşlı mütəxəssis "Traktorsazi"yə üçüncü dəfə bu ilin fevralında qayıdıb. O, 2012-2013 və 2014-cü illərdə də bu klubun sükanı arxasında olub.