
Qəbələ"nin Kipr "Apollon"u ilə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununa biletlər satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, biletlər artıq "Bakcell Arena"nın kassalarında satışdadır.
Onlar sektorlardan asılı olaraq, 1 manat, 2 manat, 5 manat və 10 manatadır.
Qeyd edək ki, avqustun 6-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Apollon" matçı saat 21:00-da başlanacaq. Bu komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.