
Semao Barboza Joao Lusiano Azərbaycanın Çimərlik Voleybolu üzrə yığma komandasının
baş məşqçisi təyin edilib. Bu barədə Sportnet.az-a Azərbaycan Voleybol
Federasiyasından məlumat verilib.
Braziliyalı mütəxəssisin qarşısına Avropa Oyunları-2015-in proqramına
daxil edilən Çimərlik Voleybolu üzrə iddialı yığma komanda formalaşdırmaq vəzifəsi
qoyulub. Yaxın müddətdə Semao Barbozaya kişi və qadınlardan ibarət yığmalarımız üçün
köməkçilər təyin ediləcək.
Qeyd edək ki, braziliyalı mütəxəssis çimərlik voleybolçusu kimi Olimpiya Oyunlarının iştirakçısı olub. O, son olaraq Norveç yığmasının "sükanı arxası”nda dayanıb və komandasına Olipiya Oyunlarının medalını qazandırıb.