1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazir Mxitaryanla Aronyanın Bakıya gəlişini müqayisə etdi
Azərbaycanın işğal altındakı qondarma "Dağlıq Qarabağ Respublikası"na səfər edən Ermənistan şahmatçısı Levon Aronyana münasibətdə Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Henrik Mxitaryana olan yanaşma kimi addım atılıb. Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
O deyib ki, Azərbaycanın icazəsi olmadan işğal altındakı ərazilərə səfər edənlərin ölkəyə girişinə qadağa qoyulur: "Bəzi insanlar bunu bilmədən etdiklərini bildirir, bəziləri də Azərbaycan qanunlarını pozduqları üçün üzr istəyirlər. Amma hərdən xüsusi önəm kəsb edən məsələlərdə hökumətimiz idman naminə güzəştə gedərək qərar qəbul edə bilər. Aronyanın Bakıya buraxılması da buna görədir".
Qeyd edək ki, Levon Aronyan sentyabrın 10-da Bakıda start götürəcək Dünya Kubokunda mübarizə aparacaq.