1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Teymur Rəcəvov da mübarizəni dayandırdı
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/16 final mərhələsində mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı zəka sahibi rusiyalı Peter Svidlerə "tay-breyk"də uduzub.
İki şahmatçı arasındakı ilk 2 görüş heç-heçə nəticələnib. "Tay-breyk"də ağ fiqurlarla yenidən xalları bölən Rəcəbov qara fiqurlarla qarşılaşmada uduzub. Yekunda 2:5:1,5 hesablı qələbə qazanan Svidler 1/8 finala yüksəlib. Daha öncə təşkilatçı ölkə şahmatçılarından Qədir Hüseynov eyni mərhələdə çinli Dinq Lirenə yenilib - 1/2:1/2, 0:1.
Beləliklə, Dünya Kubokunda Azərbaycanı təmsil edən 6 şahmatçıdan yalnız 1-i 1/8 finala yüksələ bilib. Bu, Şəhriyar Məmmədyarovdur. Məmmədyarov 1/16 finalda hindistanlı Seturaman P. Seturamanı üstələyib - 1:0, 1/2:1/2. Onun növbəti mərhələdəki rəqibi Fabiano Karuana (ABŞ) olacaq. Karuana 1/32 finalda yerli şahmatçı Rauf Məmmədovu, 1/16 finalda kanadalı Anton Kovalyovu yenib - 1:0, 1/2:1/2.
Qeyd edək ki, 1/8 final qarşılaşmaları 20 - 22 sentyabrda olacaq.