1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin qapıçısı səhvini boynundan atdı
"Neftçi"nin qapıçısı Miçal Peskoviç "Xəzər Lənkəran"la Azərbaycan Premyer Liqasının V tur matçını şərh edib. Sportnet.az-ın məlumatına görə, slovakiyalı qolkiper debüt matçında qələbəni əldən verdiklərini bildirib.
Onun fikrincə, 3 xalı qazanmağa "Neftçi" yaxın idi: "Təəssüf ki, "Xəzər Lənkəran"dan daha yaxşı çıxış etsək də, 2-ci qolu vura bilmədik və 1 xalla kifayətlənməli olduq".
Peskoviç buraxdığı qolda səhvə yol verməsi ilə razılaşmayıb: "Səhvin kimdə olduğunu demək çətindir. Mən topun hansı istiqamətdən gəldiyini və hara gedəcəyini görürdüm. Amma son anda Melli bir futbolçu ilə gəldi. Düşündüm ki, o, topu başı ilə uzaqlaşdıracaq. Amma başını çəkdi və top qapıya daxil oldu".
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" matçında qalib müəyyənləşməyib - 1:1.