1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rahid Əmirquliyevdən Skarlatakeyə etiraz
"Bakıya qəbələ üçün gəlmişdik. Amma 10 futbolçu ilə qaldıqdan sonra 1 xal qazana bildiyimizə də şükür edirik". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" ilə Azərbaycan Premyer Liqasının V tur matçından sonra "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev deyib.
Vurduğu bərabərlik qolu ilə 1:1 hesablı heç-heçəni təmin edən Əmirquliyev azlıqda qalmalarına səbəbkar olar Adrian Skarlatakeni tənqid edib: "Məncə, hakim həmin epizodda düzgün qərar vermişdi. Skarlatake artıq ikinci dəfədir bizi pis vəziyyətdə qoyur. Ona sarı vərəqələrin göstərildiyi epizodların hər ikisində kobudluq var idi".
Təcrübəli yarımmüdafiəçi gənclərlə mübarizə aparmağın çətinliyindən də danışıb: "Çalışırıq ki, yaxşı oynayaq, mübarizə aparaq. Gənclərlə çox çətin olacaq. Onlar əllərindən gələni edirlər ki, heç olmasa, yaxşı oyun göstərək və azarkeşləri sevindirək".
"Neftçi"yə nə vaxt qalib gəldiklərini xatırlamayan futbolçu flaqmanın da "Xəzər Lənkəran"ı 9 ildir səfərdə yenə bilmədiyini vurğulayıb. O, Lənkərandakı "Böyük oyun"da azarkeşləri sevindirəcəklərini əlavə edib.
Qeyd edək ki, Rahid Əmirquliyev hazırda 3 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.