
Qarabağ”ın futbolçusu Ansi Aqolli Azərbaycan Topaz Premyer Liqasında yubiley matçını keçirib. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, albaniyalı legioner V turun "Kəpəz”lə səfər qarşılaşmasında ölkə çempionatında 150-ci matçına çıxıb.
Aqolli bu oyunlarda 3 qol vurub. 2010-cu ildən Azərbaycanda çıxış edən müdafiəçi Premyer Liqadakı bütün qarşılaşmalarını "Qarabağ”ın heyətində keçirib. O, Ağdam təmsilçisinin heyətində çempionatda 150 və daha çox oyunda mübarizə aparan 11-ci futbolçu olub. Daha öncə 10 oyunçu "Qarabağ”la Premyer Liqada 150 və daha çox matça çıxmışdı. Onlar arasında yalnız bir legioner olub ki, Aqolli həmyerlisi Admir Telidən sonra buna nail olan 2-ci əcnəbi kimi tarixə düşüb. "Qarabağ”ın indiki heyətində isə yalnız iki oyunçu klubunun heyətində ondan daha çox çempionat oyunu keçirərək 150-dən artıq matçın iştirakçısı olub. Bunlar Namiq Yusifovla Maksim Medvedevdir.
Qeyd edək ki, Ansi Aqolli Premyer Liqada ilk oyununu 2010-cu il avqustun 8-də səfərdə "Neftçi”yə qarşı keçirib. O, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada 90 dəqiqə forma geyib.
mövsüm |
klub |
oyun |
Qol |
2010/11 |
Qarabağ (Ağdam) |
31 |
0 |
2011/12 |
Qarabağ (Ağdam) |
31 |
1 |
2012/13 |
Qarabağ (Ağdam) |
27 |
1 |
2013/14 |
Qarabağ (Ağdam) |
34 |
1 |
2014/15 |
Qarabağ (Ağdam) |
25 |
0 |
2015/16 |
Qarabağ (Ağdam) |
2 |
0 |
|
Cəmi |
150 |
3 |