
"Qələbə qazanmaq niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının VI turunda "Zirə"yə 0:1 hesablı ev məğlubiyyəti ilə nəticələnən oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib.
50 yaşlı mütəxəssis bildirib ki, oyunun uzatma dəqiqəsində "Zirə"nin lehinə təyin olunmuş penalti düzgün qərar olub. Hüseynov heyətin kasadlığından da şikayətlənib: "Ən kasad heyət bizdədir. Əvəzetmələr edə bilmirik. Növbəti oyunları düşünməliyik. Təcrübəli oyunçularımız zədəli olsa, 16 yaşlı futbolçularla oynayacağıq”.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın qapısından qələbə topunu cənub komandasının sabiq futbolçusu və hazırda "Zirə"nin kapitanı Rəşad Abdullayev keçirib.