1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" II divizion komandası səviyyəsində deyil"
"Qarabağ”la oyun çox çətin olacaq. Məqsədimiz matçdan-matça dəyişir. Bu mövsüm keçirdiyimiz 5 oyundan cəmi 1 məğlubiyyət almışıq. Düzdür, Avropa Liqası bir qədər fərqlidir. Amma qələbə qazanmağa çalışacağıq”. Sportnet.az-ın məlumatına görə, bunu Belçika "Anderlext"inin baş məşqçisi Besnik Hasi "Qarabağ”la Avropa Liqasının qrup matçı öncəsi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis inamlı açıqlamar verməsinin səbəbini belə izah edib: "Öz futbolçularıma inanıram. Bəzi oyunçularımız zədədən qayıdıblar və fiziki formaları qaydasındadır. Komandama ruh yüksəkliyi verməliyəm”.
Daha sonra Besnik Hasi jurnalistlərin suallarını cavablandırıb.
- İlk dəqiqədə təşəbbüsü ələ almağa çalışacaqsınız, yoxsa daha mütəşəkkil oyuna və rəqibi əks-hücumda yaxalamağa üstünlük verəcəksiniz?
- Klubumuzun prezidentinin açıqlamasından elə görünür ki, "Qarabağ" II divizion komandası səviyyəsindədir. Amma əslində belə deyil. Avropaya elə də səs salmasa da, həqiqətən də yaxşı komandadır. Biz bir neçə dəfə kəşfiyyət aparmışıq və nəyə qadir olduqlarını bilirik. Qalib gəlmək istəyiriksə, mütəşəkkil oyun sərgiləməliyik. Amma rəqibin də 32 min tamaşaçıdan ibarət dəstəyi olacaq. Biz də, rəqib də qələbə qazanmaq istəyir. Çox çətin oyun olacaq.
- Bu oyunla bağlı nəyinsə üzərində işləmisiniz?
- Komandamızın oyununda get-gedə inkişaf var. Hazırda axtarışdayıq, komandanı qurmaqla məşğuluq. Ən yaxşı futbolçuları heyətimizə cəlb etməyə çalışırıq. Çoxlu qol vəziyyəti yaratsaq da, elə də fərqlənə bilmirik. Bir tərəfdən, sevindiricidir ki, qol vəziyyətləri yarada bilirik. Meydanda qol vəziyyətlərini reallaşdırmaq üzərində işləyirik.
- Vaxt fərqi komandanızın oyununa nə dərəcədə təsir göstərəcək?
- Əlbəttə, Belçikadakı vaxtla eyni olsaydı, bizim üçün daha yaxşı idi. Amma bu məsələyə çox da diqqət yetirməyəcəyik. Hazırda məşqlərimiz Belçika saatına uyğun aparılır. Məşqlərimizi Azərbaycan saatına uyğunlaşdırmamışıq.
- "Qarabağ"ın ilk turda "Tottenhem"lə İngiltərədə keçirdiyi oyuna baxmısınız?
- Xeyr, hələ baxmamışıq. Sabah səhər nəzəri məşqimiz olacaq. Həmin vaxt o görüntülərə baxacağıq. Çox şeyi bilmirik. Ümid edirik ki, rəqib barədə çox önəmli məlumatlar toplayacağıq.