"Qəbələ" klubu bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda qüvvəsini sınayacaq. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" səfərdə Rusiya "Krasnodar"ı ilə üz-üzə gələcək.
Qarşılaşma Krasnodar şəhərində yerləşən Kuban stadionunda keçiriləcək. Bu görüş Roman Qriqorçukun rəhbərlik etdiyi komanda üçün tarixi əhəmiyyət daşıyır. Tarixində ilk dəfə Avropa Liqasında mübarizə aparan "Qəbələ" 3 xal qazanacağı təqdirdə ilk səfər qələbəsini əldə edəcək. Qarşılaşmanı polşalı hakim Martsin Borski idarə edəcək.
İlk turda "Krasnodar Almaniyada Dortmund "Borussiya"sına uduzub - 1:2. "Qəbələ" isə Bakıda Yunanıstan PAOK-u ilə qolsuz bərabərliyə razı olub.
Avropa Liqası, qrup mərhələsi, II tur
00:05. "Krasnodar" (Rusiya) - "Qəbələ" (Azərbaycan) - 2:1
Qollar: Vanderson, 8. Smolov, 84. - Dodo, 51
Baş hakim: Martin Borski
Yan xətt hakimləri: Rafal Rostkovski, Martsin Bonyek
Əlavə köməkçi hakimlər: Daniel Stefanski, Tomaş Vayda
Dördüncü hakim: Krjıştov Mırmus
Hakim-inspektor: Elmir Pılav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Sergey İlıx (Belarus)
Krasnodar, "Kuban" stadionu