Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ"nin I təsnifat mərhələsindəki rəqibi Bosniya və Herseqovina "Şiroki Briyeq"inin ölkəmizə səfər proqramı müəyyənləşib. Bu barədə Sportnet.az-a "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, "Şiroki Briyeq" paytaxtımıza Sarayevo - İstanbul - Bakı reysi ilə gələcək. İyulun 2-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaq komanda üzvləri Qəbələyə avtobusla yollanacaqlar. 29 nəfərlik nümayəndə heyətinin tərkibində 19 futbolçu yer alacaq. Qonaq komanda "Karvansaray" otelində
məskunlaşacaq. "Şiroki Briyeq” həmin gün saat 20:00-da Qəbələ şəhər stadionunda
oyunöncəsi məşqə çıxacaq. Baş məşqçi Slaven Musa saat 19:45-də jurnalistlərin suallarını
cavablandıracaq. Bundan bir saat öncə isə "Qəbələ"nin açıq məşqi və baş məşqçi Dorinel Muntyanunun iştirakı ilə mətbuat konfransı olacaq.
Qeyd edək ki, iyulun 3-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq.