
PREVYU
Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsində IX tura yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, turun son oyun günündə 3 qrupda 9 qarşılaşma baş tutacaq.
Beynəlxalq arenada əsas diqqətlər A qrupundakı Çexiya - Türkiyə matçına yönələcək. Çexiya artıq İslandiya ilə birgə AVRO-2016-nın final mərhələsinə vəsiqəni təmin etdiyi halda, Türkiyə Hollandiya ilə qrup 3-cülüyü uğrunda mübarizə aparır. "Narıncılar"ın Qazaxıstanla səfər matçı daha tez başlayacağından, baş məşqçi Fatih Terimin komandası əsas rəqibinin oyununun nəticəsindən xəbərdar olacaq. Son zamanlar uğurlu təsir bağışlamayan Hollandiya Astanada uduzsa, Türkiyəyə "pley-off" vəsiqəsi üçün 1 xal da kifayət edəcək. Astanada qonaqlar heç-heçə etsə, "ay-ulduzlular"ı qələbə qrupdan çıxaracaq. Fransaya vəsiqəni ötən tur təmin etmiş İslandiyanın Latviya ilə ev oyunu isə formal xarakter daşıyır.
B qrupundan final mərhələsinə hələ vəsiqə qazanan olmayıb. Amma hazırda buna ən yaxın olanı Belçikadır. Çünki "qırmızı şeytanlar" hələ də xala həsrət qalan Andorra ilə qarşılaşacaq. Qrup lideri Uelsi "pley-off" şanslarını qoruyan Bosniya və Herseqovina ilə çətin səfər matçı gözləyir. Kipri qəbul edəcək İsrail yığmasının isə birbaşa vəsiqəyə nəzəri şansları qalır.
Azərbaycan millisinin İtaliya ilə ev oyununu keçirəcəyi H qrupunda final mərhələsinə vəsiqə uğrunda 3 komanda mübarizə aparır. Hazırda ilk pillədə olan İtaliya yığması Bakıdan qalib ayrılsa, qonşu Fransada iştirakını təmin edəcək. Maltanı qəbul edəcək Norveç də, Bolqarıstanı qonaq edəcək Xorvatiya da buna çox yaxındır. Amma Zaqrebdəki matç qrupun ən çətin oyunu sayılır. Meydan sahiblərinin yeni baş məşqçi Ante Kaçiçin rəhbərliyi altında necə çıxış edəcəkləri maraq doğurur. Meydan sahiblərinin qələbəsi və ya heç-heçəsi Azərbaycan millisi üçün də vacibdir. Çünki Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın bu halda 4-cü pillə uğrunda Bolqarıstanla son tura təsadüf edəcək görüşdə qələbənin önəmi olacaq.
A qrupu
21:00. İslandiya - Latviya - 2:2
Qollar: Kolbeynn Sigthorsson, 5. Gılfi Sigurdsson, 27 - Aleksandr Tsaunya, 49. Valeri Şabala, 68.
Baş hakim: Aleksey Yeskov (Rusiya)
Reykyavik, "Lauqardalsvöllur" stadionu
21:00. Qazaxıstan - Hollandiya - 1:2
Qollar: İslambek Kuat, 90+6 - Georginyo Veynaldum, 33. Uesli Sneyder, 50
Baş hakim: Kleman Türpen (Fransa)
Astana, "Astana Arena"
23:45. Çexiya - Türkiyə - 0:2
Qollar: Selçuk İnan, 62-penalti ilə. Hakan Çalhanoğlu, 79
Baş hakim: Martin Atkinson (İngiltərə)
Praqa, "Generali Arena"
Xal durumu: İslandiya - 20, Çexiya, 19, Türkiyə - 15, Hollandiya - 13, Latviya - 5, Qazaxıstan - 2.
B qrupu
23:45. Andorra - Belçika - 1:4
Qollar: İldefons Lima, 51-penalti ilə - Raca Naynqqollan, 19. Kevin De Bruyne, 42. Eden Azar, 56-penalti ilə. Loran Depuatr, 64
Baş hakim: Pavel Gil (Polşa)
Andorra la Vella, "Estadi Nasyonal"
23:45. Bosniya və Herseqovina - Uels - 2:0
Qollar: Milan Curiç, 71. Vedad İbişeviç, 90
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Zenitsa, "Bilino polye"
23:45. İsrail - Kipr - 1:2
Qollar: Nir Bitton, 76 - Dossa Junior, 58. Ceyson Demetriu, 80
Baş hakim: Manuel De Souza (Portuqaliya)
Yerusəlim, "İtztadion Teddi"
Xal durumu: Belçika - 20, Uels - 18, Bosniya və Herseqovina - 14, İsrail - 13, Kipr - 12, Andorra - 0.
H qrupu
21:00. Azərbaycan - İtaliya - 1:3
Qollar: Dmitri Nazarov, 31 - Eder, 11. Stefan Əl-Şaravi, 43. Matteo Darmian, 65
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
Bakı Olimpiya Stadionu
21:00. Norveç - Malta - 2:0
Qollar: Aleksandr Tettey, 19. Aleksandr Soderland, 52.
Baş hakim: Arnold Hanter (Şimali İrlandiya)
Oslo, "Ullevaal" stadionu
23:45. Xorvatiya - Bolqarıstan - 3:0
Qollar: İvan Perişiç, 2. İvan Rakitiç, 42. Nikola Kaliniç, 81
Baş hakim: Artur Soares Dias (Portuqaliya)
Zaqreb, "Maksimir" stadionu
Xal durumu: İtaliya - 21, Norveç - 19, Xorvatiya - 17, Bolqarıstan - 8, AZƏRBAYCAN - 6, Malta - 2.
Qeyd edək ki, indiyədək AVRO-2016-nın final mərhələsinə 9 ölkə vəsiqə qazanıb. Bunlar təşkilatçı Fransa, eləcə də İslandiya və Çexiyadan əlavə, İspaniya, İsveçrə, Avstriya, İngiltərə, Şimali İrlandiya və Portuqaliya yığmalarıdır.