
Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qəbələ"nin uğurlu seriyası qırılıb. Sportnet.az-ın məlumatına görə, ardıcıl 21 çempionat oyununda qol vuran və 4 matçdır qələbə qazanan "qırmızı-qaralar" son tur oyununda meydanı qolsuz heç-heçə ilə tərk edib.
Ardıcıl 5-ci dəfə qapısını toxunulmaz saxlayan Dmitri Bezotosnının Premyer Liqadakı quru seriyası isə 637-yə çatıb.
Qeyd edək ki, Premyer Liqanın IX turunda keçirilən "Qəbələ" - "Zirə" qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.










































































