"Oyuna görə komandama hər hansı bir etirazım yoxdur. Futbolçularım ikinci hissədə üstün oynadılar. Komandamın oyunu ilə fəxr edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev AZAL-la səfərdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra deyib.
O, komandasının ən yaxşı ikinci hissə sərgilədiyini bildirib: "İlk hissədən belə oynamalı idilər. Qarşıda hələ çox oyun var, gələcəyə nikbin baxıram”.