"İnter"in kapitanı Səlahət Ağayev Azərbaycan Premyer Liqasının XII tur matçında "Qəbələ" azarkeşləri ilə söz savaşına çıxıb. Sportnet.az-ın məlumatına görə, mübahisə 76-cı dəqiqədə qapıçının topu oyuna daxil edərkən,vaxtı bilərəkdən uzatması səbəbindən başlanıb.
Azarkeşlərin etirazlarına Ağayev əl-qol hərəkətləri ilə cavab verib. Vaxtı uzatdığına görə oyunun baş hakimi Rəhim Həsənov kapitanı sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, oyun 1:1 hesabı ilə davam edir.