
AFFA-nın İnitzam Komitəsi "Qəbələ" klubunu 1000 manat cərimələyib. Sportnet.az-ın məlumatına görə, səbəb Azərbaycan Premyer Liqasının XII turunda "İnter"lə keçirilmiş oyununda "qırmızı-qaralar"ın 5 futbolçusunun sarı vərəqə almasıdır.
Qaydalara əsasən, bir oyunda 4 və daha çox futbolçusu sarı vərəqə alan komanda 1000 manat cəriməyə məruz qalır. 
Qeyd edək ki, XII turda keçirilmiş "Qəbələ" - "İnter" oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.









                 





    
    
    
    
    
    
    
    
    

























































