1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Komandalarımızdan Avropa çempionatında uğursuzluq
İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa çempionatının VIII turu Azərbaycanın hər iki komandası üçün uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, həm kişi, həm də qadınlardan ibarət yığma məğlubiyyətlə üzləşib.
Kişilərdən ibarət komanda ağ fiqurlarla oynadığı görüşdə Macarıstana yenilib - 0,5:3,5. Təmsilçilərimizdən yalnız Şəhriyar Məmmədyarov birinci lövhədə Peter Leko ilə heç-heçə edib - 0,5:0,5. Teymur Rəcəbov Riçard Rapporta, Arkadi Naydiç Zoltan Almasiyə, Eltac Səfərli Ferents Berkesə uduzub - 0:1. Bu nəticədən sonra 10 xalla 9-cu pilləyə enən komandamız çempionluq şansını tam itirib. Bu gün keçiriləcək sonuncu turda millimiz qara fiqurlarla Almaniyanı yenə bilməsə, medalsız qalacaq.
Qadınlardan ibarət millimiz isə qara fiqurlarla Yunanıstana eyni hesabla uduzub. Komandamızdan yalnız Nərmin Kazımova Stavrula Tsolakidu ilə qarşılaşmada heç-heçə edib - 0,5:0,5. Zeynəb Məmmədyarova Anna-Maria Botsariyə, Gülnar Məmmədova Yekaterini Pavliduya, Xəyalə Abdulla isə Maria Kuvatsuya yenilib - 0:1. Bununla da millimiz 7 xalla 21-ci pilləyə enib. Bu gün komandamız ağ fiqurlarla İngiltərəni sınağa çəkəcək. Nəticədən asılı olmayaraq, komandamız ilk "10-luğ"a düşə bilməyəcək.
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət komandası bu yarışa ikiqat Avropa çempionu statusunda qatılıb. Komandamız sonuncu dəfə 2013-cü ildə bu adı qazanıb.