1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında fiasko
İslandiyanın paytaxtı Reykyavikdə komandalararası Avropa çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları IX turda fərqli nətiicələr göstərib.
Kişilərdən ibarət yığma son turda qara fiqurlarla Almaniya ilə heç-heçə edib - 2:2. Birinci lövhədə Şəhriyar Məmmədyarov Liviu-Diter Nisipyanunu yensə də, Teymur Rəcəbov Georq Mayerlə, Rauf Məmmədov Daniel Fridmanla heç-heçə edib. Eltac Səfərli isə Rayner Buhmanna uduzub. Bu nəticə ilə Aleksandr Halifmanın kapitanı olduğu komanda 11 xalla 7-ci yeri tutub.
Qadın millimiz isə ağ fiqurlarla İngiltərəyə qalib gəlib - 3,5:0,5. Gülnar Məmmədova Danya Siuksaytı, Nərmin Kazımova Zivile Sarakauskieneni, Ülviyyə Fətəliyeva Kanval Bhatyanı yenib. Birinci lövhədəki Zeynəb Məmmədyarova isə Yovanka Huska ilə heç-heçə edib. Beləliklə, Fikrət Sideifzadənin kapitanı olduğu komanda çempionatı 9 xalla 16-cı pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət komandası 2009 və 2013-cü illərdə Avropa çempionu olub.