1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rauf Əliyev: "Bunu özümə qarşı qərəz saymırdım"
"Hələlik müqaviləmin uzadılması yönündə danışıqlar aparmamışam. Yəqin ki, dekabrın sonlarında bu məsələni müzakirə edəcəyik. Hələ ki, ciddi problemimiz yoxdur. Az-az da olsa, maaşlarımızı alırıq". Sportnet.az-ın məlumatına görə, bunu Bakı "İnter"inin və Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev jurnalistlərə açıqlamasında deyib.
26 yaşlı hücumçu hazırda zədəsinin bərpası üzərində düşündüyünü bildirib. O, karyerasının hələ irəlidə olduğunu söyləyib: "35 yaşım yoxdur ki, futbolla qurtarım. Bərpa olunduqdan sonra var gücümlə, əlimdən gələni edəcəyəm ki, yenə əvvəlki formamı yığa bilim".
Təcrübəli forvard zədəli olduğu bir vaxtda digər klublardan heç bir təklif almamasını normal qarşılayıb. O, "İnter"dəki durumundan razılıq ifadə edib: "Hər şey yolundadır. Ola bilsin, əvvəlki kimi pul qazanmırıq. Amma bu, bütün klublarda var. İndiki halda hər şey məni qane edir. Sadəcə, mənə zədəmi sağaltdıqdan sonra oynamaq lazımdır. Çünki kənardan baxmaq çox çətindir".
Əliyev "İnter"ə keçdikdən sonra Azərbaycan millisinə dəvət aldığını xatırladaraq, yenidən çağırılmasının klubunun heyətindəki çıxışından asılı olacağını bildirib: "Əlbəttə, oynayan futbolçunun qarşısını heç vaxt almırlar. Düzdür, "Neftçi"də çıxış etdiyim vaxt da yığmaya çağırılmırdım. Amma bunu özümə qarşı qərəz saymırdım. Çünki o klubda ikən meydana çıxmırdım. Yığmanın baş məşqçisi Robert Prosineçki özü mənə demişdi ki, oynamadığım üçün milliyə dəvət etmir. "İnter"də isə oynadım və o da yığmaya çağırdı. Dedi ki, heç bir problem yoxdur, oynasan, millinin qapısı üzünə açıqdır. Bu şans yenidən mənə qismət olacaq. İnanıram ki, öz oyunumu taparaq, yenidən milliyə çağırılacağam".
Qeyd edək ki, Rauf Əliyev sentyabrın 12-də Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində "Qəbələ" ilə ev oyunu zamanı zədələnib. Bu yaxınlarda hücumçu AFFA-nın vəsaiti ilə Almaniyada əməliyyat olunub.