Millət vəkili Ağaçan Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilib. Sportnet.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam verib.
Bununla da Abiyev tutduğu ən önəmli postunu itirib. Hazırda o, Milli Olimpiya Komitəsinin baş katibi və Azərbaycan Boks Federasiyasının vitse-prezidenti kimi fəaliyyətini davam etdirir.
Qeyd edək ki, parlamentə seçkilər öncəsi ali məktəb rektorlarının deputat olacaqları halda, tutduqları vəzifədən göndəriləcəkləri bəyan olunub. Ağacan Abiyevdən əlavə, daha 3 millət vəkili - Səməd Seyidov Azərbaycan Dillər Universitetinin, Aqiyə Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun, Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən kənarlaşdırılıb.