
Almaniyanın Düsseldorf şəhərində WBA, WBO və İBF versiyaları üzrə superağır çəkidə dünya çempionu titulu uğrunda döyüş keçirilib. Sportnet.az-ın məlumatına görə, görüş ukraynalı Vladimir Kliçko ilə ingiltərəli Tayson Fyuri arasında baş tutub.
45 min tamaşaçının izlədiyi 12 raundluq döyüşün yekununda hakimlərin yekdil qərarı ilə britaniyalı idmançı qalib olunub - 115:112, 115:112, 116:111. Referi 11-ci raunda başın arxasına zərbəyə görə britaniyalının 1 xalını silib. Beləliklə, Vladimir Kliçko idmançı karyerasında son 11 ildə ilk məğlubiyyətə uğrayıb və 3 versiya üzrə çempionluq titulunu qoruya bilməyib.
Qeyd edək ki, öncədən döyüş 24 oktyabrda keçirilməli idi. Lakin 39 yaşlı ukranalının zədəsi üzündən təxirə salınmışdı.