Azərbaycan Beynəlxalq Bankı baş sponsoru olduğu "İnter" klubu ilə müqavilə müddətini artırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli bildirib.
Bank rəsmisi müqavilə müddətinin dəqiq vaxtını açıqlanmasa da, bildirib ki, 2016-cı ildə də sponsorluq davam etdiriləcək: "Azərbaycan Beynəlxalq Bankı "İnter” futbol klubuna əvvəllər də dəstək verib, bu dəstəyi indi də davam etdirir və 2016-cı ildə də davam etdirəcək".
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 2004-cü ildən "İnter"ə sponsorluq edir.