
Bu gün Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyev "Xəzər Lənkəran"ın heyətində son matçına çıxacaq. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı dayaq yarımmüdafiəçisi "İnter"lə Azərbaycan Premyer Liqasının XVIII tur matçının start heyətində yer alıb.
Onun bu görüşdən sonra "Qarabağ"a keçəcəyi bildirilir.
Qeyd edək ki, Rahid Əmirquliyev İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğuda "İlin yerli futbolçusu" nominasiyasında qalib olub.