
Komandanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, italiyalı Fransua Salvanyi istefaya göndərilib. Onu həmyerlisi Karlo Parisi əvəzləyib. 45 yaşlı mütəxəssis 2014-2015 mövsümündə gənclərdən qurduğu "Yamamay" klubunu Çempionlar Liqasının finalına daşıyıb. "Dəmiryolçuların" sükanı arxasına keçməzdən öncə o, "Yamamay"da 11 ilədək çalışıb, 2012-ci ilin fevralından isə eyni zamanda Çexiya millisinə də başçılıq edir.