
"Ramin Musayevin dediklərinə cavab vermək istəmirəm. Allah bilən məsləhətdir". Bunu Sportnet.az-a açıqlamasında hakimlikdən kənarlaşdırılmış sabiq FİFA referisi Babək Quliyev deyib.
Hazırda Rusiyada Yeni İllə əlaqədar istirahətdə olduğunu bildirən Quliyev yanvarın 10-da Bakıya qayıtdıqdan sonra bütün sualları cavablandıracağını vurğulayıb.
Qeyd edək ki, Ramin Musayev "Xəzər TV"də yayımlanan "Futbol Saatı" verilişində Babək Quliyevin hakimlikdən kənarlaşdırılmasına heyfsiləndiyini bildirib. Quliyev 2009-cu il martın 16-da hakimlikdən kənarlaşdırılıb. Rəsmi səbəb kimi Hakimlər Komitəsinin "Nizam-İntizam Kodeksi”nin 1-ci maddəsinin "h” bəndinə uyğun olaraq, Quliyevin hakim adına xələl gətirən nöqsanlara yol verməsi göstərilib.






































































