"Kəpəz" klubu Rəşad Eyyubovla yollarını ayırıb. Bu barədə Sportnet.az-a Gəncə komandasının baş məşqçisi Şahin Diniyev məlumat verib. 
Onun sözlərinə görə, mövsümün sonunadək olan müqavilə 23 yaşlı yarımmüdafiəçinin xahişi ilə pozulub. Diniyev Eyyubovun bu gündən Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ"nin düşərgəsində olduğunu bildirib. 
Baş məşqçi "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovla rusiyalı hücumçu Vladimir Korobkanın "Kəpəz"də olduğuna dair xəbərləri isə təkzib edib. 









                 





    
    
    
    
    
    
    
    
    






















































