"İlk növbədə, müqaviləmi uzatdığım üçün çox xoşbəxtəm". Bunu Sportnet.az-a açıqlamasında Türkiyənin "Sivasspor" klubunun və Azərbaycan milli komandasının futbolçusu Cihan Özkara deyib.
23 yaşlı hücumçu klubu ilə müqaviləsini öncədən açıqladığı kimi daha 3 il yox, 2 il müddətinə yeniləyib. O, hazırkı klubunda daha çox uğur qazanmaq istədiyini söyləyib: "Baş məşqçimiz Roberto Karlos və klub prezidentimiz mənə güvənir. İnşallah, "Sivasspor" forması ilə çox uğurlu futbolçu olacağam. Roberto Karlosdan çox şey öyrənirəm. Çox yaxşı insandır, onunla aram çox yaxşıdır".
Bu mövsüm Türkiyə Superliqasında 5-ci yeri tutaraq, Avropa Liqasına vəsiqə qazandıqları üçün çox xoşbəxt olduğunu deyən Özkaranın sözlərinə görə, hədəfləri qrup mərhələsinə vəsiqə qazanmaqdır.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |