"Qarabağ" komandası Avstriya "Zalsburq"u ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsi oyunlarının hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, ilk məşq Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Baş məşqçi Qurban Qurbanov hazırlıq üçün stadionun 2 meydanından yararlanmağı zəruri sayıb. Malta "Valletta"sı ilə II təsnifat mərhələsindəki oyunlar zamanı start heyətdə yer almış futbolçular əsas meydanda məşq ediblər. Həmin görüşlərdə ehtiyatda saxlanılanlar isə mətbuat sektoru arxasındakı süni örtüklü meydanda çalışıblar. Əvvəlki görüşləri zədə üzündən buraxan futbolçulardan Maksim Medvedev də ehtiyat oyunçularla məşq edib, Rəşad Sadıqov isə əsas meydanda fərdi qaçışla kifayətlənib.
Qurbanov Sportnet.az-a açıqlamasında "Valletta" ilə oyunlarda daha çox meydanda olmuş futbolçuları yormamaq üçün ehtiyat oyunçulardan ayırdığını bildirib. O, ilk "11-liy"in əsas meydanda daha çox bərpa məşqləri etdiyini söyləyib. Qurbanov qalan oyunçuların ehtiyat meydanda daha çox çalışdıqlarını vurğulayıb.
Hazırlıq prosesi bir saatdan çox davam edib.
Qeyd edək ki, "Qarabağ"la "Zalsburq" arasında keçiriləcək ilk görüş iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun saat 20:30-da başlanacaq. Cavab görüşü isə avqustun 6-da olacaq.
Röya KƏRİMLİ
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |