
İsaaka Vorsah dizindən əməliyyat olunacaq. Bundan başqa Valon Berişanı da zədə səbəbindən əməliyyat gözləyir. Franki Skyemer əzələsindəki zədə səbəbindən Bakıdakı heyətdə yer almaya bilər. Daha iki futbolçu - Stefan Lisanker və Asger Sorense də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüşdə meydana çıxmaya bilər. Bu futbolçuları 3-4 gün ərzində zədələrini bərpa etmələri inandırıcı görünmür.