Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının III təsnifat mərhələsində idarə edəcəyi "Şaxtyor" (Qazaxıstan) - "Hayduk" (Xorvatiya) matçına ermənistanlı Karen Nalbandyanın hakim-inspektor kimi təyinatını şərh edib. Gənc baş hakim Sportnet.az-a açıqlamasında belə halla ilk dəfə qarşılaşdığını bildirib.
Ağayev deyib: "Təyinatdan ilk dəfə xəbər tutanda təəccübləndim. Amma bu, idmandır. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Bu məsələlər bizim səviyyədə müzakirə olunmur. Yəqin ki, UEFA nə etdiyini bilir. İlk dəfədir ki, bu cür halla rastlaşıram".
Qeyd edək ki, "Şaxtyor" - "Hayduk" qarşılaşması iyulun 31-də Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Rövşən ƏHLİMANOĞLU
Rövşən ƏHLİMANOĞLU