Həmin gün bu komandanın təlim-məşq toplantısı başlayacaq. 27 yaşlı müdafiəçinin Rusiya Premyer Liqası başa çatmamış Bakıya gəlməsi və geri qayıtmamasının səbəbi də müəyyənləşib. Məlum olub ki, ABŞ səfirliyinə viza sənədlərini təqdim etmək üçün Kazandan paytaxtımıza üz tutan Abışov üçün icazə alınıb. Rusiya çempionatının sonuna cəmi bir tur qaldığını nəzərə alan "Rubin" rəhbərliyi onun Bakıda qalmasına icazə verib. Bu müddətdə futbolçu fərdi hazırlıq keçib.
Qeyd edək ki, hazırda Abışov Azərbaycan millisinin heyətində ABŞ-da təlim-məşq toplantısındadır.