Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, həftənin ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.
Günə Belarusda keçirilən BATE və Macarıstan "Debretsen"i matçı ilə start veriləcək. Gecəyə Fransa "Lill"i ilə İsveçrə "Qrasshoppers" klubu arasında baş tutacaq matçla yekun vurulacaq. Bu matçın formal xarakter daşıdığını güman etmək olar. Çünki "Lill" səfər matçından qalib ayrılmaqla, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. Qalan oyunlarda isə gərgin mübarizənin gedəcəyini gözləmək olar.
Qeyd edək ki, cütün qalibləri ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcəklər.
Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları
5 avqust
22:30. BATE (Belarus) - "Debretsen" (Macarıstan) - 3:1
Qollar: Aleksandr Volodko, 39. Vitali Rodionov, 66. Sergey Krivets, 90+4 - İbrahim Sidibe, 20 - penalti ilə
İlk oyun - 0:1
23:00. "Panatinaikos" (Yunanıstan) - "Standart" (Belçika) - 1:2
Qol: Dino Arslanagiç, 17 - öz qapısına - Yanis Mbombo, 36. Pol-Joze Mpoku, 41
İlk oyun - 0:0.
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Maribor" (Sloveniya) - 2:2
Qollar: Tal Ben Haim, 42. Eden Ben Basat, 54 - Agim İbraimi, 36; 55
İlk oyun - 0:1.
23:30. "Lill" (Fransa) - "Qrasshoppers" (İsveçrə) - 1:1
Qollar: Floran Balmon, 19 - Amir Abraşi, 33
İlk oyun - 2:0
Beləliklə, BATE, "Standard", "Maribor" və "Lill" Çempionlar Liqasında "pley-off" mərhələsinə vəsiqə qazanıb. "Debretsen", "Panatinaikos", "Makkabi" və "Qrasshoppers" isə mübarizəni Avropa Liqasının "pley-off"unda davam etdirəcək.