
"Vardar" azarkeşləri ilə yerli polis əməkdaşları arasındakı toqquşmada hüquq mühafizəçilərinin əlindən qumbara yerə düşüb. Fanatlardan biri onu yerdən götürmək istəyib. Lakin qumbara bu vaxt işə düşüb və azarkeşin əlini dibindən qoparıb. Partlayışdan yaxınlıqdakı bir neçə tamaşaçı da xəsarət alıb. İnsidentlə bağlı Makedoniya Daxili İşlər Nazirliyində araşdırmalara başlanılıb.
Qeyd edək ki, oyun "Vardar"ın qələbəsi ilə yekunlaşıb - 1:0.