O, hazırda çempionat oyunlarını fikirləşdiklərini söyləyib. Qurbanov Avropa Liqasının "pley-off" oyunlarınadək bir neçə oyunlarının olduğunu xatırladıb. Baş məşqçi problemlərə rəğmən, "Tvente" ilə oyuna hazırlaşacaqlarını da deyib: "Hələlik, rəqib komanda məlumat toplayacağıq. Ötən mövsüm çempionatda 3-cü yeri tutublar. Güclərinə şübhə etmək olmaz. Təbii ki, "Tvente" ilə qarşılaşmalarda da meydana çıxıb ən yaxşı şəkildə çıxış etməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" 2009-2010-cu il mövsümündə "Tvente" ilə "pley-off" mərhələsinin oyunlarında səfərdən 1:3 hesablı məğlubiyyətlə ayrıldığı halda, evdə 0:0 hesablı heç-heçə ilə kifayətlənərək, mübarizəni dayandırıb.