
Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal istefaya göndərilib. Sportnet.az-ın məlumatına görə, buna təcrübəli mütəxəssisin futbolçularla münasibətlərindəki gərginlik səbəb olub.
Məsələdən xəbər tutan klub prezidenti Aziz Yıldırım Yanaldan istefa verməsini istəyib. Baş məşqçi də Yıldırımın istəyini yerinə yetirib.
Qeyd edək ki, Ersun Yanalın rəhbərliyi altında "Fənərbağça" ötən mövsüm Türkiyə çempionu olub. Onunla müqavilə bir müddət öncə 2 il müddətinə uzadılmışdı.