1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatında daha 2 medal
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən gənclər arasında dünya çempionatının 5-ci yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan pəhləvanları günü 1 gümüş və 1 bürünc medalla başa vurublar.
60 kq çəkidə Vurğun Əliyev ilk görüşündə ABŞ idmançısına uduzsa da, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Ardıcıl olaraq Yaponiya və Gürcüstan idmançılarını mübarizədən kənarlaşdıran güləşçimiz bürünc medal uğrunda güləşmək haqqı qazanıb. Həlledici görüşdə Belarus təmsilçisi üzərində inamlı qələbə qazanan Əliyev dünya çempionatının bürünc medalına sahib olub.
74 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədhacı Muxutov finala qədər inamla irəliləyib. Ardıcıl olaraq Yeni Zelandiya, İsveçrə və Belarus idmançılarını mübarizə kənarlaşdıran təmsilçimiz yarımfinalda güclü İran güləşçisini də məğlub etməyi bacarıb. Finalda pəhləvanımız Fransa təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və güləşçimiz gümüş medalla kifayətlənib.
50 kq
1/16 final - Sten Orav (EST) - Arif Hüseynov 0:11
1/8 final - Arif Hüseynov - Sabir Şaristani (İRİ) 0:8
60 kq
1/16 final - Joseph Mckena (USA) - Vurğun Əliyev 10:2
Təsəlliverici görüş - Vurğun Əliyev - Yo Nakata (JPN) 6*:6
Təsəlliverici görüş - Vurğun Əliyev - Giorgi Brigadze 10:0
Bürünc medal görüşü - Vurğun Əliyev - Dzianis Maksimov (BLR) 8:3
74 kq
1/16 final - Anreu Joşua (NZL) - Məhəmmədhacı Muxutov 0:10
1/8 final - Stefan Reixmut (SUİ) - Məhəmmədhacı Muxutov 3:7
1/4 final - Məhəmmədhacı Muxutov - Andrey Karpaç (BLR) 18:8
1/2 final - Reza Muzaffarijuybari (İRİ) - Məhəmmədhacı Muxutov 7:8
FİNAL - Zəlimxan Hacıyev (FRA) - Məhəmmədhacı Muxutov 6:1
96 kq
1/16 final - Səid Həmidov - Sohbet Velliyev (TKM) 10:0
1/8 final - Kile Snider (USA) - Səid Həmidov 8:2