
Rumıniyanın "Universitatya" komandasının futbolçusu Raul Kostin Zaqatala "Simurq"unu tərk etməsinin səbəbini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Zaqataladakı şəraitin ailəsi ilə birgə qalmasına problem yaratdığını bildirib.
Qeyd edək ki, "Universitatya"nın baş məşqçisi "Xəzər Lənkəran"da Mirça Rednikin köməkçisi olmuş Mihay Tejadır. Kluj komandasında "ağ-yaşıllar"ın sabiq futbolçusu Nikolae Muşat da çıxış edir.
