
Hollandiya "Tvente"sinin avqustun 28-də Enshededə keçirəcəyi Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünün biletləri satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, ucuz biletə 7,5 avro qiymət qoyulub.
Amma avqustun 20-dək bilet alan uşaqlar və gənclər 2,5 avro endirim əldə edəcəklər. Kartla və internetlə də aparılacaq satışda ən bahalı biletin 17,5 avroya satışı nəzərdə tutulub.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. İlk görüş avqustun 21-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Hələlik "Qarabağ" ev oyununun biletlərini satışa çıxarmayıb.