
Türkiyə milli komandasının azərbaycanlı legioneri Ramil Quliyev İsveçrənin Sürix şəhərində keçirilən atletika üzrə Avropa çempionatında yarımfinala yüksəlib. Sportnet.az-ın məlumatına görə, seçmə mərhələdə Quliyev 200 metr məsafəyə 20,59 saniyəyə qaçıb.
O, yalnız ukraynalı Sergey Smelıkdan 0,10 saniyə geri qalaraq, 2-ci yeri tutub. 24 yaşlı atlet ilk "3-lüy"ə düşdüyündən, növbəti mərhələyə yüksəlib.
Start öncəsi maraqlı məqam yaşanıb. Quliyev işarə verilmədən irəli çıxdığından, qaçışın təkrarlanmalı olduğu bildirilib. Bu zaman həmyerlimizə yaşıl kart göstərilib.
Qeyd edək ki, yarımfinal qaçışı bu gün saat 23:15-də olacaq. Finala çıxmaq üçün Ramil Quliyev yenidən ilk "3-lüy"ə düşməlidir.