
Türkiyə millisinin azərbaycanlı legioneri Ramil Quliyev İsveçrənin Sürix şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı idmançı 200 metr məsafəyə qaçış növündə yarımfinal mərhələsini uğurla adlayıb.
O, 7 rəqibi ilə mübarizədə finişə 20,38 saniyəyə 4-cü çatıb. Quliyev ilk "3-lüy"ə düşə bilməsə də, yarımfinal mərhələsində sonrakı yerləri tutan 2 sürətli atletdən biri kimi finala vəsiqə qazanıb.
Qeyd edək ki, həlledici mərhələ bu gecə saat 00:49-da baş tutacaq.